Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ali məktəblərdə hazırlıq qrupları ilə bağlı yeni qaydalar hazırlanıb

Ali məktəblərdə hazırlıq qrupları ilə bağlı yeni qaydalar hazırlanıb

 

Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı qaydalar hazırlanıb. Nazirlər Kabineti tərəfindən təsdiq ediləndən sonra bu qruplar açılacaq

Yenixeber.org: Bu sözləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Prezidentin sərəncamına əsasən, bu istiqamətdə ümumi qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. “Hazırlıq qruplarında tədrisin təşkili qaydaları hazırlanıb və təsdiqlənəndən sonra tətbiqinə başlanacaq. Bu qrupların hansı ali məktəblərdə, hansı ixtisaslar üzrə təşkil ediləcəyi növbəti mərhələdə bəlli olacaq. Hazırda Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə işlər aparılır. Bu məlumatlar barədə ictimaiyyətə məlumata veriləcək”.

Nazir onu da vurğulayıb ki, bu il ali məktəblərə rekord sayda tələbə qəbulu olub və bu, orta qəbul planının artması ilə baş verib. “Yəni ali məktəbə qəbul olanların sayı tələbə sayının artımı meyarların aşağı salınması hesabına deyil, orta meyarın qorunması hesabına baş verib. Bu da o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr qəbul olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam