Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bank Respublikada bir nəfər milyon manatı dollara dəyişdirib

 

Bu gün valyutadəyişmə məntəqələrində və banklarda manatı dollara çevirənlərin böyük növbəsi olub

"Xeberinfo.com":  Məlumata görə, oxuculardan birinin Qazilər saytına bildirdiyinə görə, Bank Respublikanın Neftçilər metrostansiyayasına yaxın filialında dollar alanların uzun növbəsi olub. Oxucumuz bildirir ki, dollar alanların içində bir nəfər qara çantayla gəlibmiş. Çantanın ağzına kimi manatla doluymuş.
Həmin adamı növbəsiz kassaya yaxınlaşdırıblar və 100-lük manat paçkalarını verərək dollarlar alıb. Dollar bağlamaları paketlərdə həmin adama verilib. Hər paketdə 10 bağlama olmaqla 10-dan çox paket dollar bağlaması alan şəxsin 1 milyondan çox pul çevirdiyi təxmin edilir. 
Oxucumuz onu da bildirdi ki, ömründə bu qədər dollar bağlaması və bir çanta manat görməyibmiş və o qara çanta gözünün qarşısından getmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam