Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mübariz Qurbanlının köməkçisi nurçularla əlaqəlidir?

 

Dini İşlər üzrə Dövlət Komitəsinin köməkçisi Amil Cavadovun nurçuların əsas kadrlarından biri olduğu iddia olunur

"Xeberinfo.com":  Məlumata görə,dini İşlər üzrə Dövlət Komitəsinin köməkçisi nurçudur.Daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
«Bu günlərdə Avrasiya Dialoq Mərkəzində Nurçuların gizli toplantısı keçirilib. Dini Qurumların sədri Mübariz Qurbanlının köməkçisi Amil Cavadov da həmin toplantıda iştirak edib. Amil Cavadovun nurçuların adamı olduğu aşkardır. Belə ki, onun nurçuların əksər rəhbərləri, üzvləri ilə şəkilləri Facebook-u bəzəyir. Görünən odur ki, nurçular yenidən aktivləşiblər. Komitəyə öz kadrlarını yerləşdirməklə proseslərə təsir etmək istəyirlər. Bilənən odur ki, adətən rəhbər şəxslərin ən yaxın adamı onun köməkçisi olur ki, bütün proseslərdən xəbərdar olur. Məhz bu şəxsin vasitəsiylə nurçular itirilmiş mövqelərini qismən bərpa etmək fikrindədirlər. Belə ki, fotolardan da göründüyü kimi Amil Cavadov nurçuların əsas kadrları ilə birlikdədir.
Bundan başqa Amil Cavadovun tez-tez nurçularla gizli toplantılarda iştirakı və tapşırıqlar alması məlumdur. Belə ki, son görüşdə Amil Cavadova konkret olaraq Risaleyi nurun və Fətullah Gülənin kitablarının Komitədə qeydiyyata alınması və çapına icazə verilməsi tapşırılıb. Eyni zamanda Komitənin müxtəlif işlərində nurçulara aid biznes qurumlarını cəlb etmək həvalə olunub. Artıq Amil bu tapşırıqların icrasına başlayıb».
Qeyd edək ki, daxil olan məlumatla bağlı Amil Cavadovun mövqeyini öyrənməyə cəhd etsək də, buna nail ola bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Pia.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam