Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropanın ən çox ƏT YEYƏN ÖLKƏLƏRİ açıqlandı- Siyahıda Azərbaycan da var

Avropanın ən çox ƏT YEYƏN ÖLKƏLƏRİ açıqlandı - Siyahıda Azərbaycan da var

Bir zamanlar Qərbi Avropada yaşayan insanların ətdən həddindən artıq istifadə etməsi aidiyyəti qurumlarda təhlükə siqnalı yandırmışdı. Onlar insanları ətdən daha az istifadə etməyə öyrəşdirmək üçün “Ətsiz bazar ertəsi” adlı bir ənənə yaratmışdılar. Lakin bu belə ət istehlakının miqdarında azalma yaratmamışdı.q

Yenixeber.org: Qlobal miqyasda 1961-ci ildən etibarən adambaşına ət istehlakı orta hesabla 20 kq artıb. BMT-nin hesabatına görə, 2014-ci ildə orta hesabla adambaşına 43 kq ət istehlak edilib. Avropalılar və Şimali Amerikalılar digər qitələrə nisbətən orta hesabla təxminən, 80 kiloqram daha çox ət istehlak edirlər.

Lakin hazırda ən çox ət istifadə edən ölkələr siyahısına İspaniya başçılıq edir. Bu ölkədə il ərzində adambaşına orta hesabla 94.04 kq ət yeyilir. İkinci yerdə 93.33 kq göstərici ilə İslandiya qərarlaşıb. Avstriya 90.87 kq nəticə ilə üçüncü pillədədir.

Ətin ən aşağı istehlakçıları arasında Bosniya və Herseqovina (32,21 kq), Azərbaycan (31,1 kq) və Gürcüstandır (27,89 kq). Azərbaycanın qonşuları olan Rusiyada ortalama 74.82 kq, Türkiyədə isə 28,1 kq-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam