Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı 40% artıb

  Yenixeber.org: “Nar”-ın təqdim etdiyi “Full” paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. Sərfəli qiymətə ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən abunəçilərin sayı son 6 ay ərzində 40 % artıb.

Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar” 6 müxtəlif “Full” paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərinsində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.

 

“Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Exchange” xidmətindən yararlana bilirlər. Beləki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.

 

“Full” paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam