Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncənin yeni icra başçısı şəhərin problemlərini öyrənir

Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb

 

Yenixeber.org: İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxt ayırıb, görüşə gəldikləri üçün ağsaqqalara təşşəkkür edib. O qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.

“Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyə Niyazi Bayramov bildirib.

Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan İcra Hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklər. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam