Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyadan Türkiyəyə turist axını 50,0 faiz artıb –Son 5 ay ərzində…

  Türkiyə mənbələrinə istinadla xəbərə görə, 2018-ci ilin ilk 5 ayı ərzində Türkiyəyə gələn turistlərin sayı üzrə Rusiya liderlik edir. Bu barədə «ATOR» xəbər verib.
Yenixeber.org: Türkiyə mədəniyyət və turizm nazirliyinin məlumatına görə, yanvar-may ayları ərzində ölkəyə demək olar 11,5 milyon xarici turist (2017-ci illlə müqayisədə 30,8 faiz çox) gəlib. Ortalama, hər 10 turistdən biri rusiyalıdır. Beş ayda Türkiyəyə 1,39 milyon rusiyalı (ötən illə müqayisədə 49,65 faiz çox) turist gəlib.
Alman bazarı ikinci olub (1,1 milyon turist və ya ötən illə müqayisədə 28,3 faiz çox), üçüncü yerdə İran gəlir (980 min turist və ya ötən illə müqayisədə 26,3 faiz çox).
İlk beşliyə Gürcüstan və Bolqarıstan da daxildir.
Türkiyənin turizm nazirliyində diqqəti Hindistan və Çin bazarlarının fenomenal artımına yönəldirlər. Bu istiqamətlərin inkişafı strateji elan olunub. Belə ki, 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə cari ilin uyğun dövründə Çindən turist axını 96,0 faiz, Hindistandan isə 99,0 faiz artıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam