Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..-ŞİKAYƏT


 Yenixeber.org: Redaksiyamıza Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında öz şəxsi obyektində xırda bizneslə  məşğul olan Rübabə Əkbərova tərəfindən müraciət daxil olub.

Şikayətçi yazır: Mən ailəmə məxsus olan obyektimizdə xırda biznes ilə məşğul oluram.

Obeyktimiz Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında olan binanın birinci mərtəbəsində yerləşir. Eyni binada yaşayan Yaqub adlı bir sakinin binanın zirzəmisində 7kv/m qaraj sahəsi var.

2012-ci ildə bu vətəndaş binanın altında yerləşən qonşu obyektinin piləkənin yanında öz qarajına qapı açdırmağa cəhd edib (obyekt kimi istifadə etmək məqsədilə), lakin həmin addımın qarşısı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən alınıb və qazılmış qapı yeri bağlanıb. Lakin Yaqub adlı sakin 2018-ci ilin 27 May tarixində gecə saatlarında binanın birinci mərtəbəsində yerləşən iki obyektin (biri bizim obyektimiz) pilləkənlərin arasında yol açmaq üçün qazıntı işlərini aparmış və ora qapı qoydurmuşdur. Soruşulanda İcra Hakimiyyətindən icazə almışam deyir,(qeyri-rəsmi) lakin heç bir icazə sənədi göstərmir. Bununla əlaqədar Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun qəbulunda olduq. Məsələni olduğu kimi danışdıq, məhkəməyə verin deyir. Soruşduq ki, icazəni verən siz, bəs onda kimi məhkəməyə verək? İcra hakimiyyətinin nümayəndələri heç bir sənəd göstərmir və heç bir tədbir görmək fikrində deyillər.
Ərazidə yerləşən iki pilləkənin ümumi çəkisi 10 tona yaxındır. Bu qazıntı işinə görə, hər iki pilləkənin çökmə təhlükəsi var. Görəsən Qüdsi Bayramov binanın qəzalı vəziyyətə düşməsinə hansı maraqlar daxilində icazə verib, binanın özülində və dayaq divarlarında baş verə bilən hər hansı bir dəyişikliyə cavabdehliyi görəsən kim daşıyır?(mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

 

Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..
Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..
Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..
Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..
Qüdsi Bayramov Binəqədidəki binaları qəzalı vəziyyətə salır..

 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam