Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pulsuz hüquqi yardımı vəkil göstərir, yoxsa orderi? -Kassasiyada vəkilin (orderinin) məcburi iştirakı tələbi Konstitusiyaya ziddir

Məhkəmə(lər), VK inhisarçı mövqeyindən yararlanıb qazilərin  kassasiya , məhkəmə təminatı hüququna qadağa qoyur

Yenixeber.org: Getdikcə hüquq və azadlıqların kağız üzərində “gerçəkləşməsi” daha eybəcərliklə üzə çıxır. Özəlliklə məhkəmə hüquq sistemində Konstitusiyanın, prosessual qanunvericiliyin yox, korrupsiyanın, qeyri-prosessual özbaşınalığın vvədə olması gerçəkliyi insanları çıxılmaz duruma salıb. Özbaşınalığa baxın, mülki işlərdə kassasiya hüququ yalnız şikayəti  vəkil tərtib etdikdə mümkün olur. Vəkil isə mütləq VK-nın üzvü olmalıdır, başqa peşəkar hüquqçuların xidmətindən yararlanmaq “doğanaqdan keçmir”- şikayət mümkün sayılmır. Daha düzü, şikayəti vəkilin orderi yazır, ordersiz icraata qəbul edilmir. Belə bəlli olur ki, hüquqi yardım xidmətini vəkilin orderi (?) göstərir. Absurddur. Orderlə yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi yalnız nağıllarda olur. Gerçək həyatda isə kassasiya mərhələsində vəklin məcburi iştirakı tələbi hüquqa, Konstitusiyaya qadağadan özgə bir şey deyil.

Pulsuz hüquqi yardımı vəkil göstərir, yoxsa orderi? -MƏĞRUR BƏDƏLSOY YAZIR

Konstitusiyanın 61-ci maddəsi DÖVLƏTİN hər kəsin yüksək keyfiyyətli  hüquqi yardım almaq hüququna, qanunla müəyyən edimiş hallarda  yardımın  ÖDƏNİŞSİZ, DÖVLƏT HESABINA göstərildiyinə təminat versə də, məhkəmə hakimiyyəti və Vəkillər Kollegiyası (VK) Konstitusiyadan şəxsi qərəz amacı ilə yararlanır. Qərəzə baxın, apellyasiya məhkəməsi kassasiya hüququnun təminatında inhisarçı mövqe tutur; məhkəmə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edir,  kassasiya hüququ da, məhkəmə təminatı hüququ da, Konstitusiya da xəyala çevrilir. VK da vəkil xidmətində inhisarçı mövqeyə malik olduğundan (yalnız VK-nın üzvü olan vəkillərin orderi tanınır), o da dövlət hesabına order xidmətindən imtina edəndə əlillər, qazilər , aztəminatlı şəxslər məhkəmə təminatı hüququndan məhrum edilmiş olur.

Bəs məhkəmə hansı əsasla dövlət hesabına vəkillə təminatdan imtina edir, qərəz nədə özünü göstərir? Başlıca qərəz məhkəmənin Qarabağ qazilərinin, əlillərin “GƏLİR BƏYANNAMƏSİ”Nİ özbaşına müəyyən etməsidir. Heç bir məcəllədə, qanunda əlillərin, qazilərin, aztəminatlı şəxslərin kassasiya şikayəti vermək üçün gəlirləri barədə deklarasiya verməli olması yazılmayıb. Məhkəmənin qazinin qanpulunun vəkilin xidmətini ödəməyə bəs etdiyini qərara alması həm qərəzdən, həm özbaşınalıqdan, həm də vicdansız davranışdan qaynaqlanır. Konstitusiyanın 68-ci maddəsi isə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququnu təsbit edir. Qazilər də məhkəmə hakim(lər)indən “VİCDAN DEKLARASİYASItələb etməkdə haqlı deyillərmi? Ən azı, gəlirlər hesablanırsa, çıxarlar da hesablanmalı deyilmi?

VK-ya gəldikdə vəkil (orderi) təminatında əsas səlahiyyət sahibi, inhisarçı qurum olan hüquqi yardım qurumu da yalnız məhkəmə qərardadı ilə pulsuz vəkil ayrılmasını həyata keçirdiyini bildirir. Niyə, harada yazılıb? Bəyəm qazilərə, əlillərə... vəkil xidməti yalnız məhkəmə qərarı ilə mümkündür? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsində  məhkəmədə vəkilin xidmətinə ehtiyacı olan aztəminatlı şəxslərə heç bor məhdudiyyət qoyulmadan göstərilən hüquqi yardım xidmətinin haqqının DÖVLƏT büdcəsindən ödənildiyi təsbit olunub axı! VK-nın da qərəzli yanaşması üzə çıxır?!

Bəs niyə dövlət hesabına vəkillə təminatda inhisarçı hər iki orqan qazilərə, əlillərə qərəz göstərir? Axı dövlət büdcəsindən hər il VK-ya bu məqsədlə vəsait ayrılır! Əlillərin, qazilərin hüquqi müdafiəsinə ayrılmırsa bu vəsait, bəs hara xərclənir, mənimsənilir? 

Onu da vurğulayaq ki, vəkil orderinin qiyməti (320 manat) də əlilin , qazinin cibinə uyğun deyil. 320 manat nə puldur kifikirləşənlər yanılırlar. Birincisi, bu pulla 4 qazi (ailəsi) bir ay “dolanır”; ikincisi, bu pul vəkil bürosundan içəri keçməyədir, bəs xidmət müqaviləsi? Bu isə sirrdir. Düzdür, elə vəkillər var ki, qazilərə xidmət haqqında güzəşt edir, amma 320 manatın büroya ödənilməsi mütləqdir. VKRH əməlli “order biznesinə” girişib. Axırı, əlbəttə, qazilərin, əlillərin xeyrinə olmur. Axı məhkəmədə qazilərin, əlillərin təkcə bir işi olmur. Məhkəmə işi çox, şikayət verməyə vəkil orderi yox. 

Bu sətirlərin yazarının məhkəmədə 20-dən yuxarı təkcə  məhkəmə qərarının icrası ilə bağlı tələbkar olduğu iş vardır. Bakı Apellyasiya Məhkəməsinin bütün heyəti (Mülki, İnzibati Kollegiyalar,  hamısının adını yazsaq, bir saya sığmaz) VAHİD MƏHKƏMƏ ÖZBAŞINALIĞI TƏCRÜBƏSİ ilə kassasiya şikayəti verməyə vəkillə dövlət hesabına təminatdan imtina edir ki, QANPULU GƏLİRLƏRİ vəkilin haqqını ödəməyə çatar. VK HÜQUQİ YARDIM MƏRKƏZİ də 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən kmtina edir. VİCDANLARINI GƏLİRLƏRİNİN QARŞISINA QOYUB HESABLASINLAR, 20 iş üzrə 320 manatdan 6400 manatı 80 qazinin bir aylıq 80 manatı ilə qarşılamaq olar, ya yox?

Bəs qazi çörək də yemir?

Məğrur Bədəlsoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam