Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

 

Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb.

"Xeberinfo.com":   Məlumata görə, nazirin bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.Məhbubə Məmmədovanın işdən çıxarılması təhsil naziri Mikayıl Cabbarovun özfəaliyyəti ola bilməz. 

Məlumata görə, bu barədə tapşırıq "yuxarılar"dan gəlib və Məhbubə Məmmədovanın işdən çıxarılması Ziya Məmmədovun "vurulması" prosesinin tərkib hissəsidir. Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis"lə də bağlı analoji addım atılacaq.
Bəzi məlumatlara görə, parlament seçkilərindən sonra ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək, onun yerdə qalan səlahiyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Bundan başqa Ziya Məmmədovun oğlu Anar Əliyevin ölkədən qaçdığı bildirilir. Nazirin qardaşı Elton Məmmədovla, qardaşının qudası Tənzilə Rüstəmxanlı isə parlament seçkilərindən kənarda qoyulub.

 istiqlal.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam