Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil sistemində daha bir biabırçılıq

 

Azərbaycanın təhsil sistemində daha bir biabırçılıq olub.

"Xeberinfo.com":  Məlumata görə, Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.

AzNews.az verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.

Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktıAzNews.az-a təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucucovanın döyüldüyünü təsdiq edir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlmata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Əldə etdiyimiz məlumata görə, sözügedən şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.

Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı) döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.

Bundan əlavə, Abşeron royunda da oxşar hadisə baş vermişdi. Abşeron rayonu, şəhid Allahverdi Novruzov adına Pirəküşkül kənd məktəbinin direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət göstərməsi bir müddət mətbuatın gündəmində olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam