Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm"

Böyük Britaniyanın baş naziri Boris Conson, parlamentin hökuməti “Brexit” tarixini təxirə salmağa məcbur etməsinə baxmayaraq, oktyabrın 31-dən gec olmayaraq ölkəsinin Avropa Birliyini tərk etməsi üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

 Yenixeber.org:  Bu barədə kabinet rəhbəri “Sky News” tərəfindən canlı yayımlanan İngiltərənin Ueykfild şəhərində polis məmurları qarşısında çıxışı zamanı bildirib.

“Bu lazımsız gecikmənin baş tutmayacağına çalışacam və ölkəmizin oktyabrın 31-də AB-dən çıxması üçün əlimdən gələni edəcəyəm. Təəssüf ki, dünən parlament bizi danışıqlar imkanından məhrum etməyə və AB ilə razılıq əldə olunmasında hökumətin tapşırıqlarını əhəmiyyətli dərəcədə çətinləşdirməyə səs verdi”, – deyə Conson qeyd edib.

Çərşənbə günü Conson hökuməti parlamentdə böyük bir məğlubiyyətlə üzləşib. Müxalifət İcma palatası vasitəsi ilə hökumətin “Brexit”i təxirə salmağı və krallığın Brüssel ilə razılaşmadan AB-dən çıxma ehtimalını istisna etməyi öhdəsinə götürməli olduğu bir qanun layihəsi qəbul edə bilib. İndi qanun layihəsinin qüvvəyə minməsi üçün Lordlar palatasının razılığı alınmalı və kraliça II Yelizaveta tərəfindən imzalanmalıdır. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam