Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaşinqton əlavə bombardmançılar və “Petriot”lar göndərir, müharibə riski artır-İranla bağlı dramatik hadisələr

 

Vaşinqton İrandan qaynaqlanan mümkün hərbi təhdidə qarşı Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir.

Yenixeber.org: Bu haqda “Associated Press” ötən gün mayın 8-də məlumat yayıb.

ABŞ rəsmi dairələrindəki mənbələr deyiblər ki, regiona bombardmançıların əlavə qruplaşması, habelə ola bilsin “Petriot” zenit-raket kompleksləri göndəriləcək. Lakin “Petriot”lara dair yekun qərar hələ qəbul olunmayıb. Agentliyin məlumatına görə bu qərar İranın təhdidi azaltmaq üçün addım atıb-atmayacağından asılıdır.

Xatırladaq ki, bundan əvvəl Pentaqon İranın, yaxud ona bağlı qüvvələrin Yaxın Şərqdəki Amerika bazalarına hücum etmək planları haqda xəbər tutduğunu açıqlayıb. Bununla bağlı mayın 5-də ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton regiona “Avraam Lincoln” təyyarədaşıyan gəmisinin və bombardmançıların operativ qruplaşmasının yola salındığını açıqlayıb. Bolton xəbərdar edib ki, İran və onun əlaltıları Amerikanın, yaxud müttəfiqlərinin maraqlarına hücuma cəhd etsə ABŞ-ın buna cavabı çox amansız olacaq.

 

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Yaxın Şərq regionuna F-35 qırıcılarını da göndərmişdi.

İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami isə bildirib  ki, onun ölkəsi ilə ABŞ arasında qarşıdurma ən yüksək həddə gəlib çatıb. “İranın düşmənləri bütün imkanlarını tükədiblər və artıq yeni variantları qalmayıb. Yeni müharibədə ABŞ İrana iqtisadi, mədəni və sosial sferalarda zərbələr endirir, geriyə ancaq klassik müharibə təhdidləri qalır”-o bildirib.

General deyib ki, İnqilab Keşikçiləri müttəfiqlərin dəstəyi ilə regiondakı istənilən düşmənin öhdəsindən gələ bilər.

ABŞ-la yanaşı İsrail də İranla müharibə təhlükəsi barədə danışır. İranın nüvə sövdələşməsi üzrə öhdəliklərini məhdudlaşdırıb uranı zənginləşdirməyə başlayacağını elan etməsindən sonra baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Və bunun üçün istənilən addımı atmağa hazırdır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam