Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib -Hesabat



2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər

Yenixeber.org:  Bu barədə ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir.

"Kapşikin ofisi zorakılığın istənilən növünə qarşı mübarizəni və sülh prosesinin davam etdirilməsini təmin etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərinin işinə fəal şəkildə təsir göstərib. 2017-ci ildə Kaspşik münaqişə tərəflərinin razılığı ilə inamın möhkəmləndirilməsi üçün gələcək variantlar üzərində axtarışları davam etdirib", - hesabatda belə deyilir.

Bununla yanaşı, hesabatda deyilir ki, tərəflərin dəstəyi ilə Kaspşik və komandası ötən il 24 monitorinq aparıblar: bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb.

"Bu tədbirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinə regiona 4 dəfə yüksək səviyyədə səfər etməyə imkan verib", - hesabatda qeyd olunur.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam