Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fələstin-İsrail toqquşması:Türkiyə və Rusiyanın baxışı…

Yaxın Şərqdəki olaylara fərqli reaksiyalar var. İran və Suriya birmənalı şəkildə HƏMAS qruplaşmasının İsrailə hücumunu dəstəkləyib. Türkiyə tərəfləri mülki insanların ölümünə yol açan müharibənin dayandırılması çağırışını edib. Oxşar açıqlama Rusiya və Çindən gəlib. Ayrıca bu dövlətlər İsraillə bərabər Fələstin dövlətinin də tanınması vacibliyini bildiriblər. ABŞ İsrailə əlavə silah və hərbi texnika göndərməyi planlaşdırır. Vaşinqton İsrailə qarşı ikinci cəbhə açmağa həvəs göstərən Hizbullah qruplaşmasını və onun arxasındakı gücləri xəbərdar edib.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu Fələstin-İsrail toqquşması haqda qeyd edib.

O bildirib ki, bu müharibədə ən böyük problemlərdən biri əsir və girovların necə azad olunacağı məsələsidir:

“HƏMAS qruplaşması onlarla israilli hərbçini əsir götürərək onları Qəzza bölgəsinə aparıb, İsrail isə HƏMAS qruplaşmasının onlarla üzvünü həbs edib. HƏMAS İsrail həbsxanalarındakı üzvlərinin tamamının sərbəst buraxılması qarşılığında israilli hərbçiləri azad etməyə razılaşa bilər. İsrail hökumətnin buna razılaşacağı ehtimalı azdır. Çünki İsrail onlarla hərbçisini geri qaytarmaq istəsə də, həbsxanalarında illərlə yatan minlərlə HƏMAS üzvünü sərbəst buraxmaq istəməyəcək. Ancaq əsirlikdə olan israilli hərbçilərin varlığı Baş nazir Benyamin Netanyahu üçün daima təzyiq aləti olacaq”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam