Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sevimli Dad”ın məhsulu təhlükəlidir –Mağazalarda yararsız məhsullar satılır

 

 
   
 

bitmap-img6

 

 

 
Gəncə Şəhər sakini İlham Həsənov “Sevimli Dad” süd məhsulunun yarasız hala düşməsi barədə redaksiyamıza məlumat verib. Dediyinə görə, İlham Həsənovun ailə üzvü 01.10.2019 cu il tarixdə Gəncə Şəhər Şah İsmayıl Xətai prospektində yerləşən “Gold Əminə Market” deyilən yerdən “Sevimli Dad”a məxsus inək südü alıb. Lakin süd məhsulunu evə aparıb körpə uşağa yemək hazırlamaq istəyərkən, xoşagəlməz halla rastlaşıblar.
Yenixeber.org: Şikayətçi bildirir ki, “Sevimli Dad” süd məhsulu acı dad verib. Bununla bağlı “Gold Əminə Market”in rəhbərliyi və “Semli Dad” süd məhsulunun satışını aparan şirkətin Gəncə Şəhər nümayəndəsi Emin adlı şəxs məlumatlandırılıb.
“Sevimli Dad”ın məhsulu təhlükəlidir
Gəncə Şəhər sakini İlham Həsənovun verdiyi məlumata görə, rəsmi olaraq Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyinə də müraciət edib, hələlik araşdırma aparılır.
Bildirilir ki, “Sevimli Dad” süd məhsullarının satışını rəhbərinin adı Bakıxan olan “ŞANFU” şirkəti həyata keçirir.
“Sevimli Dad” süd məhsulu qabının üzərində yazılan tarixdən aydın görünür ki, istehsal tarixi 14.08.2019 cu ildir və 14.12.2019 cu il tarixə kimi müddəti vardır. Bu tarixlərdə istehsal olunan “Sevimli Dad” süd məhsulu satışını həyata keçirən “Gold Əminə Market”də satılan məhsulların hər birinin yararsız olduğu deyilir.
Hələlik bu barədə Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyində araşdırma aparılır. Bu barədə məlumata verəcəyik.(hurriyyet)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam