Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beyləqanda İslam Allahverdiyev və Vüqar Aslanovun tender işbirliyi –Asif Ağayev necə aldanılır?

 

 


Rayon Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev “Veteks” MMC- nin rəhbəri ilə birlikdə görülən işlərin dəyərini şişirdərək büdcənin pulunu mənimsəyir

Yenixeber.org: Beyləqanın icra başçısı Asif Ağayevin sələfi Vaqif Abdullayevin yaxın dostu və ortağı Vüqar Aslanovla işləməsi rayonda hər kəsin marağına səbəb olub. Çünki Vüqar Aslanovun nəzarətindəki “Veteks 2017” MMC şirkəti uzun illər Beyləqan şəhərinin abadlaşdırılması üçün keçirilən tenderlərin qalibi olub. Şirkətin həyata keçirtdiyi tenderlərdə Vaqif Abdullayevlə birgə külli miqdarda yeyintilərə yol verməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar tirajlanıb.
Məhz bu məsələlərdən sonra Asif Ağayevin yenidən Vüqar Aslanovla iş birliyinə getməsi hər kəsi çaşırdıb. Redaksiyamıza daxil olan məlumata görə Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun şirkətinə verilməsində “əməyi”olan şəxslərdən biri rayon Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevdir. İş adamı ilə icra başçısının arasında vasitəçinin məhz maliyyə idarəsi müdirinin olduğu qeyd edilir.
Məlumatda hazırda Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun qohumu və dostu vergi işçisi Mahir Qarayevin qaynı Sadıqov Ramiz Musa oğlunun adına olan şirkətin həyata keçirtidyi bildirilir. Həyata keçirilən tenderlərdə isə istifadə olunan mal-matrealların qiymətlərinin şişirdildiyi və Asif Ağayevin aldadıldığı iddia edilir.
Məlumatda qeyd edilir ki, həftədə bir dəfə Vüqar Aslanovla İslam Allahverdiyev görüşərək tender işlərini hesablayıb, vəsaitlərin bölüşdürülməsi ilə məşğul olurlar. İslam Allahverdeiyevin Vüqar Aslanovla işbirliyinə gedərək görülən işlərin qiymətlərini qaldıraraq büdcədən ayrılan vəsaitləri mənimsədikləri qeyd edilir.(AzEuroNews.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam