Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Ucuz enerji və spirtli içkiləri,...DETALLAR
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI,...FOTOLAR
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
“Seçilmişlərə” qrant, qalanlarına...TƏFSİLAT
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Hüseynovların qohumu olan Rəşad... Tovuzun birinci müavini müxalifətin informatorudur?
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
“Sumqayıt Hospital”da xəstə ƏHLİ...FOTOLAR
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
90 dəqiqəlik “qrant möcüzəsi”: 602..."YENİ REKORD"(?)
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Aygün Əliyevanın “Üfüq”də görünən...FOTOLAR
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Gəncə Dövlət Universiteti şəxsi...NAZİRƏ MÜRACİƏT
Xeberinfo.com
  • AZ
  • RU
  • Ana səhifə
  • Xəbərlər
  • Siyasət
  • Müsahibə
  • Sosial
  • Problem
  • Dünya
  • Araşdırma
  • Təhsil
  • Ədəbiyyat
  • Region
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • İdman
  • Görünməyən iqtisadiyyat:ölkənin səssiz şəkildə yenidən qurulması
  • “Macarıstan üçün daha sakit bir dövr başlayır” –QABOR ŞTİR
  • ATƏŞKƏS BİTİR: MÜHARİBƏ YENİDƏN BAŞLAYACAQ? –“Trampın bəyanatları müharibənin bərpası üçün yeni bir örtük ola bilər”
  • Aralıq dənizi və Şimali Afrikada təsir uğrunda mübarizə:Paris Ankaraya qarşı
  • Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeniŞƏRH
  • Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? -ŞƏRH

Görünməyən iqtisadiyyat:ölkənin səssiz şəkildə yenidən qurulması

“Macarıstan üçün daha sakit bir dövr başlayır” –QABOR ŞTİR

ATƏŞKƏS BİTİR: MÜHARİBƏ YENİDƏN BAŞLAYACAQ? –“Trampın bəyanatları müharibənin bərpası üçün yeni bir örtük ola bilər”

Aralıq dənizi və Şimali Afrikada təsir uğrunda mübarizə:Paris Ankaraya qarşı

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar -ŞƏRH

Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? -ŞƏRH

Günün xəbəri
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender saxtakarlığı-məhkəməyə verildi

 

Yenixeber.org: Azərbaycanın təhsil sistemi yaşadığı problemlərlərdən hələ də qurtula bilmir. Yaxın keçmişə nəzər saldıqda bu sahədə bir neçə nazir dəyişikliyinin şahidi olmuşuq. Bütün yeni təyin olunmuş nazirlərin isə ən birinci vəzifəsi təhsil müəssisələrində rüşvətxorluğun qarşısını almaq olub. Burada rüşvət dedikdə isə şagirdlərin müəllimlərinə verdiyi bayram hədiyyələri, tələbələrin semestr imtahanlarında qiymət almaq üçün verdiyi pullar nəzərdə tutulur ki, hər yeni nazir bir qlobal problem kimi bunun qarşısını alacağını bildirir, təhsil sisteminin əsas qayğılarını, görülməli olan bir çox işləri kölgədə qoyurlar.

Məlum olduğu kimi hər il dövlət büdcəsindən təhsil sisteminə kifayət qədər vəsaitlər ayrılır. Düzdür, son illər ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin şəhər və kəndlərində son illər ərzində minlərlə yeni məktəb binası tikilərək istifadəyə verilib, təhsil müəssisələrinin əsaslı təmir olunması və yenilənməsi istiqamətində də işlər görülüb. Amma son aylarda respublikanın ayrı-ayrı rayonlarında olan kənd məktəblərinin sosial şəbəkələrdə, hətta televiziyada yayılan bərbad vəziyyətə düşmüş görüntüləri bir çox ciddi şübhələrə yol açır, suallar ortaya çıxarır. Rəsmi hesabatlarda hər il yüzlərlə yeni məktəblərin tikilməsi, təmir olunması barədə açıqlamalar verilirsə, bu bərbad vəziyyətdə olan məktəblərin sayı niyə qurtarmır? Niyə hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı verilmir?

Yuxarıda qeyd etdiyimiz kimi, son illər ərzində təhsil sisteminə bir neçə nazirin başçılıq etdiyinin şahidi olmuşuq. Bu nazirlərin orta məktəblərdəki xırda problemlərlə uğraşdıqlarını, ictimai diqqəti məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına deyil, müəllimlərə verilən hədiyyələrə yönəltdiklərini də gördük. Amma dövlətin təhsil sahəsinə ayırdığı vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivliyin təmin edilməsi istiqamətində konkret addımların atıldığını görmədik.

Elə götürək sonuncu nazir Emin Əmrullayevi. Üç aydan sonra onun Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsinin ikinci ili tamam olacaq. Təyinatının ilk günlərində onun gənc kadr kimi ölkəmizdə təhsilin keyfiyyətini artıran yenilikçi bir nazır olacağı qabardılırdı. Amma bu iki ilə yaxın müddət ərzində ölkə əhalisi islahatçı nazırdən ümumi auditoriyaya hazırlanmış çıxışlarından başqa heç bir yenilik görmədi. Emin Əmrullayev də sələfləri kimi ilk günlərdən müəllimlərə verilən hədiyyələri ictimaiyyətin gözünə soxdu, lakin təhsil infrastrukturunun yenilənməsinə ayrılan vəsiatlərin səmərəli xərclənməsinə və korrupsiyaya uğramasının qarşısını almaq barədə konkret açıqlamalar vermədi, addımlar atmadı.

Yəni, sözügedən nazirlikdə təhsil müəssisələrinin yenidənqurulması, təmiri və tikintisinə ayrılan külli miqdarda dövlət vəsiatləri əvvəlki illərdə olduğu kimi, hələ də səmərəli xərclənmir və müxtəlif üsullarla təyinatından kənara sərf olunur.

Bu barədə məlumatı bu günlərdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin fəaliyyətindən narazı olub məhkəməyə müraciət edən sahibkardan əldə etmişik. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır və aprelin 5-də məhkəmə prosesi başlayacaq. “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin qanuni nümayəndəsi Vüqar Süleymanovun redaksiyamıza surətini təqdim etdiyi iddia ərizəsində məhkəmədən nə tələb olunur? İddiaçı yazır ki,

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 26 may 2021-ci il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin  10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmışdı. Həmin Sərəncam əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə elan verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair müqavilənin tələb olunan yerinə yetirilmə müddəti-dekabr 2021 müəyyən edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olaraq bizi də bu iş çox maraqlandırdı. Bəzi saytlardan https://azertag.az/xeber/1790247 əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri on milyon (10 000 000.00 ) manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur. Satınalmada iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət etməyimizə baxmayaraq heç nə əldə edə bilmədik. Belə ki, biz 07 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasına elektron qaydada yazılı müraciət etmişik və həmin müraciətdə deyilir:
Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması ilə bağı müsabiqədə iştirak etmək istəyirik. Bununla əlaqədar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı, iştirak haqqı məbləği və rekvizitləri e-mail ünvanımıza göndərməyinizi xahiş edirik. Vüqar Süleymanov. “TƏMİR-QURAŞDIRMA-2016” MMC; VÖEN 0555397716.”
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasından bizə elektron qaydada cavab olaraq bildirilmişdir ki, “Bu sənədlər kağız daşıyıcısı formasında Tender Komissiyasına təqdim olunmalı, sənədlərin təhlilindən sonra Sizin satınalma prosedurunda iştirakınız məsələsinə baxılacaqdır.”
Sonradan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin həmin satınalmada iştirak etməməsi üçün hər cür maneələr yaratdılar. Hətta yuxarıda qeyd etdiyimiz kimi şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirib ikinci elan verdilər və ikinci elanda olan şərtlər birinci elandakı şərtlərdən çox ağır olmuşdur. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirdik.
Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Bildirirəm ki, satınalma oyunu başlamamış məktəblərin bəzilərində 50%, bəzilərində isə 70%-i quraşdırılmışdı (şəkillər əlavə olunur). Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmamışdır. Qeyd edirəm ki, heç bir sahibkar satınalmada qalib olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına bu işləri heç bir vaxt görməzdi. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılmışdır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsini öyrəndik.
Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət etdiyimi bildikdə, 22.07.2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin mənimlə görüşmək istədiyini bildirdi. Görüş zamanı onlara, satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu halların Azərbaycan Respublikasının Qanunvericiliyinə, Prezidentimiz cənab İlham Əliyevin  göstəriş və tapşırıqlarına zidd olduğunu bildirdim. Fərhan Əliyev bu qanunları kənara qoymağı, onların qanunsuz işlərininə qarışmamağı və şikayət etməməyi məsləhət gördü və mənə bildirdi ki, “Sizə modul tipli məktəbləri quraşdırılmasını verə bilmərəm. Gedin ayrı işlə məşğul olun. Sizə bunun muqabilində xırda təmir işləri verə bilərik.” Bu da rüşvətin başqa yeni bir formasıdır. Qalib olacaq təşkilatın Anar Axundovun qohumlarına aid olduğunu bilirdim. Mən onlara modul tipli məktəblərin quraşdırılmasında iştirak etməkdə israrlı olduğumu bildirdim və şikayət məktublarımı aidiyyatı orqanlara göndərdim.
Növbəti gün Cirac Əliyev mənə telefon açdı. Fərhan Əliyevin mənim modul tipli məktəblərinin quraşdırılmasıda iştirak etməyim üçün Təhsil Naziri Emin Əmurullayevdən razılıq aldığını və adıma yeni təsis edilmiş təşkilatın yaradılmasının vacib olduğunu bildirdi. 26.07.2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz satınalmada 9,8 milyon manatla qalib elan olundu. Qeyd etdiyim kimi satınalma oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn, Ağsu rayonun Təklə kəndində quraşdırılmış məktəbi 350 000.00 manata deyil, 75 000.00 manata quraşdırmaq olardı. (şəkillər əlvə olunur). Biz bu vəsaitlə 30 deyil, 45 modul tipli məktəb və 40 idman meydancası inşa edə bilərdik. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmasının şahidi olduq. Belə ki, sendviç panel (1 kv.m-35 manat) deyil, profnastil dəmir lövhələr (1 kv.m-5 manat) və daş yundan (1 kv.m-2 manat) istifadə edilmişdir.

Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən və bunlara nəzarət edən sifarişçi təşkilat Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidnə digər işlər də belə həll olunur. Yəni, 23.07.2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində (elan 02.07.2021-ci il, zərflərin açılışı 07.08.2021-ci il) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqda olmuşdur. Digər cari təmir işləri də eyni formada aparılmışdır. Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamısı eyni vəziyyətdə olmuşdur. Çox təəssüf ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız-hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunun işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə satınalmalar başa çatmışdır. Belə aydın olur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin məqsədi həqiqi real dövlət satınalması keçirtmək yox, gözdən pərdə asaraq işləri öz müəsisələrinə ötürməkdir.
Göründüyü kimi, formal, yəni “gözdən pərdə asmaq” üçün keçirilən və nəticələri uzun müddət əvvəl məlum olan və saxta xarakter daşıyan satınalmalarda iştirak etmək və qalib olmaq mümkün deyildir, çünki əvvəlki illərdə olduğu kimi, satınalmalarda həyata keçirilməsi nəzərdə tutulan işlər qanunsuz yollarla Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbərliyinin qohumlarının adlarına təsisi edilmiş müəssisələr tərəfindən icra edilmişdir.
Vergi ödəyicisi olaraq “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin sahibkarlıq subyekti kimi bərabər əsaslarla, bərabər hüquqlarla və bərabər imkanlarla qeyd edilən dövlət satınalmalarında iştirak etmək hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, ona bu satınalmalarda iştirak etməyə imkan verilməmiş və sahibkarlıq subyekti olaraq xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmişdir.
Bildirirəm ki, qeyd edilən qanunsuzluqlarla bağlı ilk növbədə Sizlərə, şikayət qaydasında isə cənab Prezidentə, Baş Prokurora, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, satınalmalar üzrə işlərin həyata keçiriləcəyi şəhər və rayonların prokurorlarına və digər səlahiyyətli dövlət orqanlarına dəfələrlə müraciətlər etmişik.

Sahibkar sonda ümidini məhkəməyə bağladığını və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində vəzifəli şəxslərin bu kimi qanunazidd əmələrinə ədalətli, hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirir.

Göründüyü kimi, Təhsil Nazirliy bu gün ölkədə əhalinin başını məktəblərdə olan xırda problemləri həll etməklə aldadır. Amma təhsil sistemində olan ən böyük problemlər dilə gətirilmir. Burada ən böyük problem isə dövlət vəsaiti hesabına həyata keçirilən təhsil müəssisələrinin əsaslı tikinti və təmir məsələlərində strateji planların hazırlanması,  görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsindədir. Buna isə nəzarət ya yox dərəcəsindədir, ya da nəzarət etmək istəmirlər. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin dövlət satınalmaları yolu ilə həyata keçirdikləri işlərdə səlahiyyətli şəxsləri tərəfindən yol verilən saysız-hesabsız özbaşınalıq, saxtakarlıq, vəzifədən sui-istifadə və sair qanunsuzluq halları da buna bir misaldır.(aktualinfo.org)

 


Facebook-da paylaş

Share

Tarix: 30-03-2022 12:43
  • Bənzər xəbərlər
Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı-

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı-AÇIQLAMA

“Son zəng”in təhsil müəssisəsinin ərazisində keçirilməsini tövsiyə edirik” –

“Son zəng”in təhsil müəssisəsinin ərazisində keçirilməsini tövsiyə edirik” –Nazir

Novruz Məmmədov da hava ilə bağlı sərəncam verdi

Novruz Məmmədov da hava ilə bağlı sərəncam verdi

Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır -

Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır -Təhsil Nazirliyi

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb

3558 nəfər dövlət hesabına xaricdə təhsil alıb-

3558 nəfər dövlət hesabına xaricdə təhsil alıb-8 ildə

Yeni xəbərlər

  • "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

    Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

    Tarix: 21-04-2026 12:30
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır –

    “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır –Anar Əliyev daha yaxşı bilər

    Tarix: 21-04-2026 12:09
  • Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub -

    Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub -Ölən və xəsarət alanlar var

    Tarix: 21-04-2026 11:54
  • Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

    Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

    Tarix: 21-04-2026 11:45
  • Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?

    Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?-FOTO

    Tarix: 21-04-2026 11:41
  • Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir

    KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir

    Tarix: 21-04-2026 11:29
  • Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

    Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

    Tarix: 21-04-2026 11:15
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib -

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib -CƏDVƏL/FOTO

    Tarix: 21-04-2026 11:03
  • Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb

    Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb

    Tarix: 21-04-2026 10:47
  • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib

    İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib

    Tarix: 21-04-2026 10:28
  • Azərbaycan nefti 6 dollar bahalaşıb

    Azərbaycan nefti 6 dollar bahalaşıb

    Tarix: 21-04-2026 10:19
  • Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib

    Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib

    Tarix: 21-04-2026 10:00
  • Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

    Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

    Tarix: 21-04-2026 09:47
  • Bu gün ilk finalçı bəlli olacaq

    Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

    Tarix: 21-04-2026 09:35
  • Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

    Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

    Tarix: 21-04-2026 09:14
  • Görünməyən iqtisadiyyat:

    Görünməyən iqtisadiyyat:ölkənin səssiz şəkildə yenidən qurulması

    Tarix: 21-04-2026 09:05
  • Ağdam şəhərinə daha 92 ailə yola salınıb

    Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

    Tarix: 21-04-2026 08:56
  • ABŞ buna görə böhrandadır...

    ABŞ buna görə böhrandadır...

    Tarix: 21-04-2026 08:49
  • Neft ucuzlaşır

    Neft ucuzlaşır

    Tarix: 21-04-2026 08:45
  • Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur

    Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur- SİYAHI

    Tarix: 21-04-2026 08:40
  • Bu gün də tıxac var...

    Bu gün də tıxac var...

    Tarix: 21-04-2026 08:22
  • Sumqayıtın yeni baş memarı...

    Sumqayıtın yeni baş memarı...

    Tarix: 20-04-2026 23:27
  • “Netanyahu ölkəyə gəlsə, həbs edərdim”

    “Netanyahu ölkəyə gəlsə, həbs edərdim”

    Tarix: 20-04-2026 23:16
  • İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq

    İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq

    Tarix: 20-04-2026 23:09

Yenixeber Tv

ABŞ-İran danışıqlarının yeri və vaxtı açıqlandı -Trampdan açıqlama "Necə yaşayım mən?!" -Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." Rusiya bu əraziləri hədəf aldı -Raketlərlə viran edilən yerlərdən dəhşətə gətirən mənzərə Ölümə görə kompensasiya qalmaqalı -Şirkət niyə ödəniş etmir?
  • Araşdırma
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib-

AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib-FOTO

Bacısına vəzifə verməsi və qalmaqallarla gündəm olan direktor xəstəxanaya görün nə alır- 

Bacısına vəzifə verməsi və qalmaqallarla gündəm olan direktor xəstəxanaya görün nə alır- 10 min manata

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar? -

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar? -TƏFSİLAT

AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı? -

AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı? -DETALLAR

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər?! -

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər?! -TƏFƏRRÜAT

Alibek Kurbanovun qorxu ssenarili oyunları... -

Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR

  • Təhsil
Flyblast Travel Agency qalmaqalı böyüyür -

Flyblast Travel Agency qalmaqalı böyüyür -Şirkət barədə şok iddialar/FOTOLAR

Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib

Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Peşə Təhsili Agentliyində kadr xaosu –

Peşə Təhsili Agentliyində kadr xaosu –Boş ştatlar, bölüşdürülən maaşlar …

  • Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya:
    Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya:Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
  • Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
    Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
  • Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
    Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
  • Xaricdə oxumaq istəyənlərin nəzərinə!
    Xaricdə oxumaq istəyənlərin nəzərinə!
  • Aktual
  • Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHTFOTOLAR
  • “Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adıFOTOLAR
  • QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isəAKTUAL/YENİLƏNDİ
  • Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə -TƏFSİLAT
  • Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, EtibarDETALLAR
  • Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib?

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/FOTOLAR

“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə -AKTUAL/YENİLƏNDİ

Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə -TƏFSİLAT

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -DETALLAR

Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib?

Reklam

  • Region
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?

Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?-FOTO

Ağdam şəhərinə daha 92 ailə yola salınıb

Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb -

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb -FOTOLAR

Bərdədə kütləvi ağac qırğını iddiası –

Bərdədə kütləvi ağac qırğını iddiası –5 hektar ərazi niyə boşaldılıb?

  • Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
    Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
  • Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
    Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
  • Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb -
    Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb -ŞİKAYƏT
  • Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
    Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
  • İqtisadiyyat
Azərbaycan nefti 6 dollar bahalaşıb

Azərbaycan nefti 6 dollar bahalaşıb

Görünməyən iqtisadiyyat:

Görünməyən iqtisadiyyat:ölkənin səssiz şəkildə yenidən qurulması

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma

  • Azərbaycan nefti ucuzlaşıb
    Azərbaycan nefti ucuzlaşıb
  • 13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – 
    13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
  • Dünya fond bazarlarının əsas indeks göstəriciləri
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
    Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
  • Müsahibə
“Macarıstan üçün daha sakit bir dövr başlayır” –

“Macarıstan üçün daha sakit bir dövr başlayır” –QABOR ŞTİR

Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? -

Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? -ŞƏRH

Orbanla “Brüssel uşağı” arasında mübarizə və ya iki güclü rəqibin “döyüşü” – 

Orbanla “Brüssel uşağı” arasında mübarizə və ya iki güclü rəqibin “döyüşü” – FOTOLAR

Ermənistanda seçki yarışı:

Ermənistanda seçki yarışı:Paşinyanın inamlı qələbəsi mümkündürmü?

Vaşinqtonun Kuba planı:

Vaşinqtonun Kuba planı:ssenarilər, risklər, təhlükələr...

İranın səlahiyyətsiz danışan başı –

İranın səlahiyyətsiz danışan başı –Bəqaini Azərbaycanla bağlı kim təlimatlandırıb?

  • Hadisə
Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub -

Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub -Ölən və xəsarət alanlar var

Prokuror qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin keçmiş köməkçisinə cəza istəyib

Prokuror qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin keçmiş köməkçisinə cəza istəyib

Bakıda qəza olub -

Bakıda qəza olub -Motosikletçi ölüb

  • Evi və maşını yandırıb, daha sonra özünü öldürüb -
    Evi və maşını yandırıb, daha sonra özünü öldürüb -BİRGƏ MƏLUMA
  • Rusiyada axtarışda olan şəxs polisləri güllələyib -
    Rusiyada axtarışda olan şəxs polisləri güllələyib -Ölən və yaralananlar var
  • Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb -
    Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb -VİDEO

Reklam

  • Dünya
ATƏŞKƏS BİTİR: MÜHARİBƏ YENİDƏN BAŞLAYACAQ? –

ATƏŞKƏS BİTİR: MÜHARİBƏ YENİDƏN BAŞLAYACAQ? –“Trampın bəyanatları müharibənin bərpası üçün yeni bir örtük ola bilər”

Yaxın Şərq yenidən müharibə astanasında -

Yaxın Şərq yenidən müharibə astanasında -TƏHLİL

ABŞ Hörmüz blokadasının pozulmasına necə reaksiya göstərəcəyinə qərar verməyib

"Al-Jazeera": ABŞ Hörmüz blokadasının pozulmasına necə reaksiya göstərəcəyinə qərar verməyib

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib -

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib -41 mədənçi yerin altında qalıb

  • Bu ölkə ABŞ-ın hücumuna hazırlaşır
    Bu ölkə ABŞ-ın hücumuna hazırlaşır
  • ABŞ KƏŞFİYYATI İSRAİLİ "GÜNAH KEÇİSİ" ELAN EDİR - 
    ABŞ KƏŞFİYYATI İSRAİLİ "GÜNAH KEÇİSİ" ELAN EDİR - "Böyük Ermənistan" nağılı kimi "Böyük İsrail" xülyası da bitir
  • Rusiyanın geosiyasi oyunları və neft gəlirləri -
    Rusiyanın geosiyasi oyunları və neft gəlirləri -ŞƏRH
  • Ağ Ev daxilində fikir ayrılığı və:
    Ağ Ev daxilində fikir ayrılığı və:"Onun tez qələbəyə ehtiyacı var"
  • Ədəbiyyat
Tarix dəyişdi talelər yox...

Tarix dəyişdi talelər yox...

Ac Həyatın Elegiyası

Ac Həyatın Elegiyası

FİZİKİ SAĞLIĞIN ÖZÜLÜNDƏ RUHSAL SAĞLIQ DURUR

FİZİKİ SAĞLIĞIN ÖZÜLÜNDƏ RUHSAL SAĞLIQ DURUR

  • Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir?- 
    Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir?- O nə üçün yazıçılara qənim kəsilib…
  • Saatsaz
    Saatsaz
  • Təranə Şəms və GPT- 5 nini- nin diaioqu ilə hazırlanıb
    Təranə Şəms və GPT- 5 nini- nin diaioqu ilə hazırlanıb
  • Mədəniyyət
Hamısı bağlandı, Azərtaş qaldı:

Hamısı bağlandı, Azərtaş qaldı:Şuranın “görmədiyi” efir rəzaləti

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" -

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" -Xalq artisti

Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR -

Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR -“Onlara salam da vermirəm”

  • Xalq artisti Maqsud Məmmədov vəfat edib
    Xalq artisti Maqsud Məmmədov vəfat edib-FOTO
  • "Mədəniyyət haqqında" qanuna dəyişikliklər III oxunuşda qəbul edilib
    "Mədəniyyət haqqında" qanuna dəyişikliklər III oxunuşda qəbul edilib
  • Opera və Balet Teatrında qalmaqal:
    Opera və Balet Teatrında qalmaqal:Veteran solistin maaşı niyə kəsildi?
  • İdman
Bu gün ilk finalçı bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir

1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

  • "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb
    "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb
  • Çempionlar Liqasının yarımfinalına son iki vəsiqə bu gün sahibini tapacaq
    Çempionlar Liqasının yarımfinalına son iki vəsiqə bu gün sahibini tapacaq
  • Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar
    Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

De-fakto

“Dr.Gülü” Gülbadə Abdullayeva 1300 manata nark*zla estetik əməliyyat edir?-

“Dr.Gülü” Gülbadə Abdullayeva 1300 manata nark*zla estetik əməliyyat edir?-DE-FAKTO

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -DE-FAKTO

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır -

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır -FOTOLAR+VİDEO

7 nömrəli Yol İstismar İdarəsinin rəisi Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır? -

7 nömrəli Yol İstismar İdarəsinin rəisi Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır? -DE-FAKTO

Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər -

Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblərDE-FAKTO

Qaradağ rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -

Qaradağ rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -DE-FAKTO

Alibek Kurbanovun törətdiyi özbaşınalıqlar... -

Alibek Kurbanovun törətdiyi özbaşınalıqlar... -DE-FAKTO

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-Açıq siyasi ziddiyyət.../

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-Açıq siyasiDE-FAKTO

  • 1
  • 2
  • 3

Ən çox oxunanlar

  • Rusiya Ukraynanın daha iki məntəqəsini nəzarətə götürdü

    Rusiya Ukraynanın daha iki məntəqəsini nəzarətə götürdü

    Tarix: 11-04-2026 15:22
  • “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -

    “Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun

    Tarix: 09-04-2026 12:10
  • "İran bütün ssenarilərə hazırdır" -

    "İran bütün ssenarilərə hazırdır" -

    Tarix: 22-03-2026 13:16
  • BƏƏ-nin ən böyük sənaye mərkəzi vuruldu -

    BƏƏ-nin ən böyük sənaye mərkəzi vuruldu -

    Tarix: 28-03-2026 20:10
  • Bir neçə saata əmr veriləcək" -

    Bir neçə saata əmr veriləcək" -

    Tarix: 25-03-2026 15:00
  • Neftdən kapitalın hakimiyyətinədək:

    Neftdən kapitalın hakimiyyətinədək:

    Tarix: 30-03-2026 12:54
  • Tramp Avropanı seçim qarşısında qoyur -

    Tramp Avropanı seçim qarşısında qoyur -

    Tarix: 03-04-2026 15:05
  • İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini

    Tarix: 27-03-2026 17:42
  • Copyright © 2014 Yenixeberorg.com

  • Baş Redaktor: İlqar Salmanov (055) 255-17-72
    Ünvan: Mətbuat prospekti, 529-cu Məhəllə, 6-cı mərtəbə
    E.mail: yeni_xeber@mail.ru, ilqarsalmanov451@gmail.com
    Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.
{sape_links}



Diqqət! Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.