Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kamil Zeynallı azadlığa çıxdı? - AÇIQLAMA

"Kamil Zeynallıya alternativ cəza tətbiq edilməsi daha doğru olardı”.
Yenixeber.org: Bu sözləri karantin qaydalarını pozduğu üçün 10 günlük həbs olunan Kamil Zeynallının vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, müvəkkilinin 100-200 manat cərimə olunması daha ədalətli olardı:

"Məhkəmə SMS yazmayıb evdən çıxdığı üçün müvəkkilim Kamil Zeynallı barədə 10 günlük inzibati həbs qərarı verib. O isə özünün insanlara yardım etdiyini və xeyirxah işlərlə məşğul olduğunu bildirib. Məsələ barədə apelyasiya məhkəməsinə şikayət etmişik. Sabah baş tutan məhkəmə prosesində məsələyə aydınlıq gətiriləcək. Məhkəmə Kamil Zeynallının himayəsində azyaşlı uşaq olduğunu nəzərə almalıdır”.

Qeyd edək ki, idmançı Kamil Zeynallı 13 may tarixində karantin qaydalarını pozduğu üçün 10 günlük inzibati həbs olunub. Bu barədə o, özünün Instaqram hesabında da məlumat paylaşıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam