Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nadir Qafarzadə ədəbazlıq edir - Video

Nadir Qafarzadə ədəbazlıq edir  - Video

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi rejim tətbiq edilib və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. Bundan sonra sənətçilər koronavirusla bağlı paylaşım ediblər. Virusdan qorunmağa çalışan məşhurlar tibbi maskada fotolar paylaşıb, maarifləndirici postlar yayıblar. 

Yenixeber.org: Məşhurların xalqı qorunmağa, ehtiyatlı olmağa səslədiyi bir vaxtda müğənni Nadir Qafarzadə virusdan qorunmadığını bildirib. O, cəmiyyətə müsbət mesaj vermək əvəzinə insanları laqeydliyə, biganəliyə səsləyib. Sosial şəbəkədə görüntülərini paylaşan ifaçı maska istifadə etmədiyini, hamı ilə görüşdüyünü deyib:

“Deyirəm, bunun sonu necə olacaq? Biz öyrəşməmişik belə şəraitə. Hər şey çərçivədədir. Doğurdan da məni çox narahat edir, hətta yoldaşıma deyirəm ki, gedək harasa? Deyir virusdan qorxmursan? Doğurdan qorxmuram, nə olacaq, olacaq. Qismət nədirsə o olacaq. Nə maska taxıram, nə bir şey, hamı ilə də görüşürəm, insan içinə də gedirəm. Allah nə yazıbsa, o da olacaq. İnamla yaşamaq lazımdır, optimist olmalıyıq. Həyat davam edir, harda qırıldı-qırıldı…”

Sosial şəbəkə iştirakçıları müğənninin bu davranışından təəccübləndiklərini gizlətməyiblər.

Həmin görüntüləri təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam