Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Sankt-Peterburqda keçirilən mədəniyyət festivalında iştirak edir

 

Qafqazın müxtəlif xalqlarından olan 20 yaradıcı kollektiv bu gün Sankt-Peterburqda açılan mədəniyyət festivalında iştirak edəcək

Yenixeber.org: Proqram çərçivəsində xoreoqrafik, vokal və instrumental nömrələr, eləcə də sənət əsərlərindən ibarət sərgi nümayiş olunacaq.

"Bu proqramda Qafqazı tam əhatə etmək üçün bütün millətlərdən nömrələr nümayiş etdirilməsinə çalışmışıq. Buna görə də 15 xalqın incəsənəti və mədəniyyəti təqdim olunacaq", - Sankt-Peterburq Millətlər Evinin direktoru Yelena Kuznetsova bildirib.

Qeyd edək ki, konsertdə Azərbaycan, Gürcüstan, Dağıstan, İnquşetiya, Şimali Osetiya və Qaraçay-Çərkəzin milli-mədəni təşkilatları iştirak edəcək.

Təntənəli açılış mərasimindən əvvəl Mədəniyyət Sarayında həmçinin Qafqaz xalqlarının milli-mədəni ənənələri mövzusunda sərgi keçiriləcək. 

"Azərbaycan, Gürcüstan və Ermənistan mədəniyyətləri təqdim olunacaq. Həmçinin sankt-peterburqlu rəssam Vyaçeslav Leşyovun "Kazakların təsviri" adlı rəsm sərgisi keçiriləcək", - Y.Kuznetsova söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam