Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“QARA BAZAR” DOLLARI BİRBAŞA HƏRRACDAN ALIR? –ŞOK İTTİHAM

dollar

“Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır“.

Xeberinfo.com:   “AzPolitika.info”nun məlumatına görə, bunları iqtisadçı Vüqar Bayramov əksər bankların dollar satmaması, bəzilərinin isə hətta almaması fonunda bugünkü hərracda dolların yenidən bahalaşmasına münasibət bildirərkən deyib. İqtisadçı yaranmış anormal vəziyyətə görə Mərkəzi Bankı ittiham edib.

“Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alaraq manatın kursunu aşağı salıb, ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvenir kimi saxlamırlar. Çünki əslində, süvenir kimi saxlasaydılar, o zaman “qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, “qara bazar”ımızın hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır. Maraqlıdır ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmirlər”.

V.Bayramov xəbərdarlıq edib ki, “qara bazar” mövcud olduqca manat da ucuzlaşacaq: “Nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək, o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam