Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millimizin üzvü iki aydır maaş ala bilmir

 

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov FİFA-ya müraciət edib.

 

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanlı futbolçu hazırda formasını geyindiyi Türkiyənin "Karşıyaka" klubundan şikayətçidir. 
Türkiyə mətbuatı 33 yaşlı sağ cinah müdafiəçisinin iki aylıq əməkhaqqını klubdan ala bilməməsini yazır. İzmir təmsilçisinin Şükürova 55 min dollar borcunun olduğu bildirilir. 19 yanvaradək həmin vəsaiti ödənməsə, təcrübəli futbolçu azad agent statusu alacaq. Yaşıl-qırmızılar isə Mahir Şükürovu itirmək istəmir və "Karşıyaka" rəhbərliyi onu buraxmaq istəmir. Bu səbəbdən, klub rəsmiləri borcu ödəmək üçün səfərbər olublar. 
Qeyd edək ki, daha öncə "Karşıyaka" eyni problem üzündən Berkan Emir və nigeriyalı Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməyib. Hazırda klub I vitse-prezident Azat Yeşilin 500 min lirəlik dəstəyi ilə nəfəs alır. Amma Tiaqo Keyruş Bezerra və Baykal Kulaksızoğluna olan borc üzündən transfer qadağası ilə üz-üzə qalan "Karşıyaka" rəhbərliyi bu maddi dəstəklə daxildəki problemləri çözmək niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam