Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər.

Xeberinfo.com:  AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib.

Qurum Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdı.

2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.

Qitənin ən nüfuzlu klub turnirinin finalına  Bakı Olimpiya Stadionu ilə yanaşı İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin Metropolitano stadionu final arzusundadı.

Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə “Dinamo Arena” (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda “Arena Ştutqart” (hər ikisi Almaniya), Qlazqoda “Hampden Park” (Şotlandiya), Sevilyada “Ramon Sançes Pisxuan” stadionu (İspaniya) və İstanbulda “Beşiktaş Arena” (Türkiyə) da namizəddi.

Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu ilin sentyabrında aydınlıq gələcək (Apasport.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam