Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bakı-2015": Əlimərdanova "bürünc"lə kifayətləndi

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks üzrə yarışların yarımfinal mərhələsinə yekun vurulacaq və eyni zamanda finallara start veriləcək.
"Xeberinfo.com":   Məlumata görə, gün ərzində 10 çəkidə döyüşlər baş tutacaq.
Bu çəki dərəcələrinin 5-də finala vəsiqə qazananların adları bilinəcəksə, digər 5-də yarışlara yekun vurulacaq.
Azərbaycan boksçularından Teymur Məmmədov komandamıza ilk çempionluq sevincini yaşada bilər. Həmçinin, daha 4 idmançımız final uğrunda son döyüşünə çıxacaq.
Qadınlar arasında 54 kq çəki dərəcəsində yığmamızın liderlərindən Anna Əlimərdanova Avropa Oyunlarında ikinci döyüşünə çıxıb. Boksçumuz yarımfinalda Rusiya idmançısı Yelena Savelevaya ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (40:36; 39:37; 40:36).
 
Əlimərdanova isə yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 2-ci, yığmamızın 41-ci mükafatı olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam