Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi- ŞOK HADİSƏ

 Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ

Göygöl rayonunda silahlı insident olub.

YEnixeber.org:  Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis əməkdaşına vurmağa başlayıblar. V.Hüseynovun yerə yıxıldığını görən şəxslərdən biri bıçaqla ona hücum edərək öldürməyə çalışıb. Bunu görən polis əməkdaşı üzərindəki xidməti silahdan 8 dəfə havaya atəş açıb. Ona bıçaqla zərbələr endirmək istəyən şəxsin fikrindən daşınmadığını görən polis daha sonra həmin şəxsin dağ və sol ayaqlarına 3 dəfə atəş açıb.

Atəş səsinə gələn şəxslərin köməkliyi ilə müxtəlif dərəcəli xəsarətlər almış Vüsal Hüseynov və güllə xəsarətləri almış şəxs xəstəxanaya aparılıb.

Məlum olub ki, oğurluqla məşğul olan və xidməti vəzifə başında olan polisə hücum edən şəxslər 1964-cü il təvəllüdlü Miriyev İnşallah Əşrəf oğlu və 1974-cü ildə anadan olmuş Hümbətov Şaiq Hümbət oğludur.

Ayağından güllə xəsarətləri alan İ.Miriyein vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam