Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

”Azadlıq” qəzetinin iki əməkdaşı istintaqa çağırıldı

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Xeberinfo.com: Azadliq.info-nun məlumatına görə, bu haqda jurnalist özü məlumat verib. O deyib ki, müstəntiq zəng edərək 7 sentyabr saat 11-də idarədə olmasını istəyib. O, hansı iş üzrə istintaqa çağırıldığını bilmir. Amma güman edir ki, istintaqa dəvəti qəzetin yayım direktoru Faiq Əmirlinin həbsi ilə bağlı ola bilər: “Faiq Əmirlinin həbsindən sonra gözlənilirdi ki, bu iş “Azadlıq” qəzetinin üzərinə yönələ bilər. Gözlənilən kimi oldu. Artıq “Azadlıq” qəzetinin əməkdaşların bir-bir istintaqa çağırırlar”.

“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev 6 sentyabrda həmin İdarəyə çağırılıb. O iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.

Xatırladaq ki, “Azadlıq” qəzetinin yayım direktoru F.Əmirliyə Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham irəli sürülüb. 22 avqustda Nəsimi Rayon Məhkəməsi Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Onu da qeyd edək ki, “Azadlıq”ın Azərbaycan Nəşriyyatına maliyyə borcu olduğuna görə qəzetin nəşri 5 sentyabrdan dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam