Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabir Rüstəmxanlının qardaşı saxlanıldı

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin bu günlərdə Ukraynada saxlanıldığı məlumatı yayıldı.

Xeberinfo.com:  Xəbəri lent.az-a Ə.Əliyevin qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu da təsdiqləyib.

Ş.Xuduoğlu bildirib ki, qardaşı beynəlxalq axtarışda olduğu üçün saxlanılıb: “Ukraynada bu işi araşdırdılar. Məhkəmə keçirildi. Və proses zamanı məlum oldu ki, saxlanılması üçün heç bir əsas yoxdur. Prosesə elə oradan vəkil Dmitri Morgun çıxmışdı. Və sonra da azad olundu. Həmin günlərdə mən də Əlövsət Əliyevin yanında idim".

Ş.Xuduoğlunun sözlərinə görə, qardaşı hələ də Ukraynadadır. Və tezliklə Almaniyaya dönməyi planlaşdırır.

Qeyd edək ki, Əlövsət Əliyev Almaniyada mühacirətdədir. Onu Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın ölkədən qaçırılmasında günahlandırırdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam