Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cahangir Əsgərovun qohumu həbs edilib

 

Psixotrop maddə satan Bəxtiyar Əliyev «Azal» prezidentinin bacanağı imiş

Xeberinfo.com:   Bir neçə gün əvvəl məlumat yayıldı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. “Afrika şiri”, “Herakl” və onlarla belə həblər Çin təbabəti əsasında hazırlanan potensiya aktivatorudur. Stress, əsəbilik, nevrostraniya hallarını aradan qaldırmağa da kömək edir.

Saxlanılan Bəxtiyar Əliyev dərmanları necə əldə etməsindən danışıb: “Getmişdim Çinə, eşitdim ki, dərman preparatları Azərbaycanda bahadır, orda ucuz. Bir Iran vətəndaşı vardı, tanış olduq. Gördüm dərmanlar 1 manat 50 qəpikdir, aldım. Dedim, keçirə bilərsən? Dedi, hə. Gəldik bura, 4000 dolar verdim Iran vətəndaşına, getdim götürdüm”.

Faktla bağlı Baş Idarənin Istintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Azadlıq”a daxil olan məlumatlara görə, Bəxtiyar Əliyev yüksək məmurlardan biri ilə qohumdur. Iddia olunur ki, həmin məmur “Azal”ın prezidenti Cahangir Əsgərovdur. Bildirilir ki, Bəxtiyar Əliyev Cahangir Əsgərovla bacanaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam