Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərəb şahzadələrini ova aparan şəxsə ağır cəza

 

Əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb.

"Xeberinfo.com":   ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün ETSN-nin aidiyyəti qurumlarına müraciət etməyib.

Bununla da Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dünən Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18500 manat məbləğində cərimə və iddia tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam