Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sinqapur Azərbaycanda investisiya istiqamətlərini müəyyənləşdirir

 

Azərbaycan Sinqapur şirkətlərini İT və neft kimyası sahələrinə investisiya yatırmağa dəvət edib.
"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda keçirilmiş Azərbaycan-Sinqapur biznes-forumunun yekunu üzrə deyib.
O, bildirib: "Sinqapur iqtisadiyyatının şaxələndirilməsini nəzərə alsaq, fikrimcə, ölkələr arasında əməkdaşlığın spektri genişdir. İstərdik ki, Sinqapur şirkətləri Azərbaycanın İT, kimya və neft-kimya sahələrində daha çox iştirak etsinlər".
R.Məmmədov qeyd edib ki, Sinqapur şirkətləri Sumqayıt Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, eləcə də Balaxanı Sənaye Parkında iştiraka dəvət olunublar: "Əməkdaşlığın spektri çox genişdir, özümüzü məhdudlaşdırmaq istəmirik və hazırda əlaqələrimizi hansı sahələrdə inkişaf etdirəcəyimizə baxırıq. Şirkətlərin Azərbaycanda yaradılan parklarda iştirakına gəlincə, xarici sərmayədarlar daha çox tələbat ola biləcək istiqamətləri öyrənir və bunun əsasında qərar qəbul edirlər".
Onun sözlərinə görə, ölkələr arasında konkret layihələr hələ yoxdur və tərəflər yaxın vaxtlarda əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyi planlaşdırırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam