Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FETÖ imamı Elnur Aslanov Dubayda şirkət qurdu, zəkat yığır-Türkiyə hökumət KİV-ləri+Foto

 

Fətullah Gülən hərəkatının, yaxud Türkiyədə FETÖ (fətullahçı terror təşkilatı) adlandırılan təriqətin Azərbaycan imamı Elnur Aslanov Dubayda müsəlmanlardan zəkat yığmaq üçün şirkət qurub və ona rəhbərlik edir. Neçə gündür Azərbaycanda bəzi saytlarda dolaşan bu məlumatlara indi Türkiyə hakimiyyətinə yaxın KİV-lər, o cümlədən “Akşam” qəzeti yer verib.

Yenixeber.org: Bildirilir ki, Pensilvaniyadakı terrorçubaşının təlimatı ilə hərəkətə keçən FETÖ-çular internet üzərində “PayzakatGlobal” adlı şirkət qurublar və dindarlardan zəkat adı altında pul toplayırlar. Bu pulların yoxsullara, imkansızlara yardım adı altında yığıldığı bildirilir, əslində isə FETÖ-nun kassasına gedir.

“Rus, ingilis və ərəb dillərində fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinə Elnur Aslanov rəhbərlik edir. Aslanov sosial media üzərindən paylaşımlar həyata keçirməklə din istismarçılığını buradan davam etdirir”-qəzet yazır.

Xatırladılır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır. Bu ilin noyabrında Aslanov Dubayda “Global İslam İqtisadi Sammiti” adlı toplantıda iştirak edib. Onun həmin toplantıdan fotoları “PayzakatGlobal”ın sosial media hesabı üzərindən yayılıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam