Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AzTV sədri buna görə “vuruldu” -DETALLAR

AzTV sədri buna görə “vuruldu” - DETALLAR

Hesablama Palatasının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması ictimai diqqəti qurumun rəhbəri Rövşən Məmmədovun üzərinə yönləndirib. Auditin nəticələrinin AzTV sədri üçün "əcəl zəngi" ola biləcəyini düşünənlər az deyil.

Yenixeber.org: Hazırda mətbuatı ən çox bu sual düşündürür: Rövşən Məmmədov niyə "vurulur"?

Qeyd edək ki, Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə əlaqələndirilir. AzTV-nin fəaliyyəti ictimai əhəmiyyət kəsb etdiyi üçün bütün mülahizələr maraqla qarşılanır. 

Metbuat.az AzTV sədrinin "vurulmasının" əsl səbəbini öyrənə bilib. Məlum olub ki, Rövşən Məmmədov əməkdaşlar arasında ayrıseçkilik etdiyi, eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazdığı üçün onun fəaliyyətindən narazılıq pik həddə çatıb. "AZTV-də ayda 6-7 min manat qonorar alan müxbirlər var. Bu cür yüksək qazanc əldə etmək üçün mütləq Rövşən müəllimin müəyyənləşdirdiyi "sevimlilər" kateqoriyasına daxil olmalısan", - deyə məlumatlı şəxs bildirib.

Mənbə deyib ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti "özbaşınalığın son həddi" kimi qiymətləndirilib.

Məlumatda o da qeyd olunur ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2 min manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam