Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Yekaterinburqdakı hadisələr Türkiyə KİV-lərində: ...şovinizmin təzahürüdür

Yekaterinburqdakı hadisələr şovinizmin təzahürüdür - Türkiyə KİV

Türkiyənin aparıcı qəzetləri, telekanalları, informasiya agentlikləri və xəbər saytları Yekaterinburqda hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı zorakılıq və işgəncələr tətbiq etdiyi faciəli hadisələri geniş işıqlandırıb.

Yenixeber.org: Milyonlarla tamaşaçı və oxucuya Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə Bakının verdiyi reaksiyadan, o cümlədən, Rusiya dövlət və özəl qurumlarının xətti ilə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin ləğvindən bəhs edilib.

Türkiyə mediası Azərbaycanın Rusiyaya göndərdiyi etiraz notasından da söz açıb, Bakı ilə Moskva arasındakı gərginliyin səbəblərinə dair ekspert rəylərinə yer verib.

“Haber Global” telekanalı Rusiyanı “tarixən etnik diskriminasiya siyasəti aparan ölkə” adlandırıb, Yekaterinburqda OMON-un hərəkətlərini isə “azərbaycanlıların həyatına son qoyan qalmaqal” kimi dəyərləndirib.

Xəbər kanalı həmçinin, Səfərovlar ailəsinin bir üzvünün sözlərini sitat gətirib. Həmin şəxs onlara qarşı amansız davranıldığını və “Ukraynaya cəbhəyə göndərilməklə” hədələndiklərini deyib.

“Hüquqşünas və politoloqların fikrincə, Sverdlovsk vilayətində baş verənlər şovinizm və ksenofobiyanın nəticəsidir. Yekaterinburqdakı hadisələr Rusiyada azərbaycanlılarla bağlı son bir il ərzində baş verən ilk belə hadisə deyil”, – deyə “Haber Global”ın reportajında qeyd olunub.

Reportajda, həmçinin 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL sərnişin təyyarəsinin vurulmasına Rusiya hakimiyyətinin reaksiyası da xatırladılıb. 

“AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi daha da gücləndi. Azərbaycanın ədalətin təmin olunması ilə bağlı mövqeyini sındırmaq, insidenti ört-basdır etmək cəhdləri oldu. Lakin nəticə əksinə oldu. Bakıda hadisənin daha qətiyyətlə araşdırılması tələb edildi”, – deyə telekanal vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam