Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsa Nəcəfovun bacısı və deputatın qudasına dələduzluq ittihamı ilə şərti cəza: zərərçəkənlər narazıdır -TƏFƏRRÜAT

     İsa Nəcəfovun bacısı və deputatın qudasına dələduzluq ittihamı ilə şərti cəza: zərərçəkənlər narazıdır - TƏFƏRRÜAT
Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin keçmiş müavini, kimyaçı alim Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda təqsirli bilinib.
Yenixeber.org: Yasamal rayon Məhkəməsində bir ilə yaxın sürən məhkəmənin sonunda onun haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələriylə ittiham hökmü çıxarılıb. Ona 3 il 6 ay şərti cəza kəsilib.
Bu hökmdən zərərçəkənlərin çoxu narazı qalaraq apellyasiya məhkəməsinə şikayət edib. Dediklərinə görə, R.Nəcəfova onlara dəymiş ziyanı ödəməyib. Bununla belə, Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov zərərçəkənlərin fikrini nəzərə almayıb.
“Zərərçəkənlərə vurulan ziyanı ödəsəydi. əməlindən peşman olsaydı, haradasa, başa düşmək olardı. Biz şikayətçiyik, ziyan ödənilməyib, niyə bu adam faktiki cəzasız qalır? Biz hesab edirik ki, qohum-əqrəbasına görə…”, – zərərçəkənlər belə deyir.
R.Nəcəfova Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevin qudasıdır.
R.Nəcəfova da haqqındakı hökmdən narazıdır. O da özünü təqsirli bilmədiyindən apellyasiya şikayəti verərək bəraət istəyir.
                                            Sələmlə pul götürüb sonra qaytarıb?
Kimyaçı alim adamlardan ayrı-ayrı nazirliklərə və başqa dövlət qurumlarına işə düzəltmək adıyla pul alıb aldatmaqda suçlansa da, ittihamları yalanlayır və deyir ki, zərərçəkənlərin bəzisindən sələmlə pul götürüb, onu da sonradan artıqlamasıyla qaytarıb.
Zərərçəkənlərin bir neçəsi sübut kimi istintaqa, məhkəməyə telefon danışıqlarını, mesajları təqdim edib. Təqsirləndirilən alimin iddiasına görə, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub.
R.Nəcəfova dələduzluq ittihamıyla cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – 2023-cü il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin müavini vəzifəsindən çıxarılıb. O, həm də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində çalışıb və 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.
/AzadlıqRadiosu/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam