Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dağ yəhudisindən azərbaycanlılara XƏYANƏT - Nəşr ediləcək kitabda nələr yazılıb?/FOTO

Dağ yəhudisindən azərbaycanlılara XƏYANƏT – Nəşr ediləcək kitabda nələr yazılıb?

Moskvada 44 günlük müharibədə həlak olanların xatirəsinə həsr olunmuş xeyriyyə gecəsi və milliyyətcə dağ yəhudisi olan yazıçı Həmid Əmirovun “Cənnətdə göz yaşları” kitabının təqdimat mərasimi keçirilib.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, kitab 44 günlük müharibədən, “erməni xalqının dərdi, haqsızlıq və xəyanət”dən bəhs edir. Kitabın müəllifinin adını və dağ yəhudisi olduğunu biləndə bunun təxribat xarakterli xəyanət olduğunu başa düşmək olar.

Yənudilərin Azərbaycana və xalqımıza qarşı hörmət və sevgisini bir xain zədələyə bilməz. Birinci Qarabağ müharibəsi qəhrəmanı, yəhudi Albert Aqarunovun adı dillər əzbəridir. 44 günlük Vətən müharibəsində İsrailin dəstəyi, köməyi heç nə ilə əvəz olunmaz. Həmid Əmirov kimi satqınlar isə həmişə olub və olacaq, biz isə onları görməzdən gəlməyə davam edirik.

Müəllif yazır ki, bu kitabı heç kim çap etmək istəmirdi. Bəli, çünki hər kəs artıq həqiqəti yaxşı bilir, provakasiyaya getmək istəmir.

“Açığını desəm, mənim üçün çox çətin idi… həm emosional, həm də intellektual. Amma ən çətini odur ki, nəşriyyatla münasibətimi korladım.
Nə kitablarımı çap etdirmək istəmirlər, nə də başqa nəşriyyatlarla əlaqəm yoxdur. Kitablarımın çap olunub-olunmayacağını, yeni nəşriyyat və ya sponsor tapacağımı bilmirəm, amma ilk nəşr bütün çətinliklərə baxmayaraq, yanvarın 24-də satışa çıxacaq! Mən də materialı toplamaqda mənə kömək edən hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm! Hamıya salam və xeyir!”, – Əmirov yazıb.

“Bizdən müəllifə biganəliyə, həqiqətə, dərdimizə görə təşəkkür etmək istəyirik! Kitab çox güclü yazılıb”, – bunu Mina Xaçatryan deyib.(konkret.az)

Xuraman Etibarlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam