Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerin də, göyün də şikayəti var

 
Dad edim, amandı kimlər "kim"imiş,
Toplansa yer üzü dolu insandı.
Yalanla deyilmiş Allah Kərimiş?...
Baxarsaq, başa- baş əvvəl nöqsandı...
*****
İnsanlar yaşamaz səhflər etmədən,
Özünü qınamaz çaşmışam deyə.
Kəsim var yaşayar kəşflər etmədən,
Tərs gələr, nəfsinə acmışam deyə...
*****
Günahlar sahibi bilsəniz kimdi?
İmansız deyərlər belə insana.
Yoğurub yapdığı qəlbində kindi,
"Münafiq" deyərlər kölə insana...
*****
Yerində, göyündə şikayəti var,
Övkəylə haykırır üzü Allaha.
Daşında, qumunda kinayəsi var,
Söyləyir dərdini özü ALLAHA...
*****
Torpaqda istəmir azğın insanı,
Daş olan sinəsi yaralı indi.
Atıbdır üstündən bilinmir sanı,
Tanınmaz, seçilməz "haralı" indi...
*****
Allahın qəzəbi bizə dərs verər,
Yer üzü sallanır körpə bala tək!...
Fəryadın səsini  bizə ərs verər,
İllərin övkəsi yaşanar tək- tək...
*****
Yatmısan ey insan ayılmadın sən?!...
Ayılsan Allahın bağışlar səni.
Niyə bəs, düz yola qayıtmadın sən,
Gördün ki, sonunda qarğışlar səni...
*****
Zəlzələ Allahın bircə həmləsi,
Malında, mülkündə başına uçdu.
"Ol" dedi, oldumu bircə kəlməsi,
Üzü dönən torpaqda, "özü"nü qucdu!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam