Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilir

 

16-22 oktyabr tarixlərində Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilir.

Yenixeber.org: Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata gorə, Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və ölkəmizin Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.

Buxara səhərinin "Yoshlar markazi"ndə keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, yerli hakimiyyət orqanlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər və başqaları iştirak ediblər.

Buxara şəhər hakimi Jamol Nasirov Azərbaycandan gələn qonaqlara təşəkkürlərini bildirib və şəhərdə ilk dəfə olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

O, mədəni əlaqələr haqqında məlumat verərək, keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayət sakinlərinə milli mədəniyyətimiz, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli libaslarımızın təqdim ediləcəyini, kitabxanalara və yerli diaspor təşkilatına Azərbaycana dair xeyli nəşrlərin hədiyyə olunacağını bildirib. S.Abbasov bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunduğunu və həmin istiqamətdə Özbəkistanda keçirilən tədbirlər və layihələr barədə danışıb.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri, millət vəkili Qənirə Paşayeva iki ölkə arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin daimi keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Q.Paşayeva Türk dünyası arasında həmrəylik haqqında danışaraq Azərbaycanın Qarabağdakı zəfəri və Vətən müharibəsində Türk ölkələrinin haqq işimizə dəstək göstərdiklərini minnətdarlıqla anıb.

Tədbir konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa ediblər.

Konsert proqramında Mədəniyyət Mərkəzinin nəzdindəki "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş olunub. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam