Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncliyin düşməni öz içindədir..

 

 

Hoqqanız bitməyir bizim qərargah,
"Covid"i etdiniz milli vətəndaş.
İndiysə sizləri eyləyim agah,
Salmısız başlara bölünməyən daş.
****
Toyun var, yasın var pasport deyirlər,
Peyvəndin olmasa çöldə qalarsan.
Dirənib rüşvətə aç qoy deyirlər,
Məcburən axırda  pasport alarsan...
****
Gündə bir söz çıxır qulaq kar deyil,
Bu millət bezibdir hər cür hoqqadan.
Karona özü heç belə car deyil,
Ağzımız açılmır niyə maskadan.
****
Kimlərin cibinə axır bu pullar,
Baxsanız bu millət zəlil gündədir.
Canlardan can alıb baxır bu pullar,
Acından öləni qalıb tindədir..
****
Kənara qoyun siz  "karona"dan pis,
Bir bəla yayılıb ona baxın siz.
Ey insan övladı küs, dövrandan küs,
Çox uzaq gedirsən, düş sən ordan düş!...
****
Həyacan təbili çal ey dövlətim,
" Patını," şişə' ni yayanları tap.
Varlığım, gəncliyim gözəl sərvətim,
Ağzından pul daşıb, sayanları tap!..
****
"Karona" dayanmaz gəldi - gedərdi,
Sağalan sağalıb ölən,öləcək.
Milləti incitmək məncə hədərdi,
Yaşayan yaşayıb dönən, dönəcək!...
****
Qoru sən milləti "narko barondan",
Gəncliyin düşməni öz içindədir.
Kimdi bəs günahkar belə sorundan,
Görək ki, bir yol var düz seçimdədr...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam