Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni müdafiə naziri Azərbaycan torpağında

 

Ermənistanın müdafiə naziri Seyran Ohanyan ermənilər tərəfindən işğal edilən Azərbaycan torpağına gəlib. 

Xeberinfo.com":  Bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, erməni nazir Dağlıq Qarabağda səngərdə olub, əsgər və zabitlərlə söhbət edib.

Qeyd edək ki, bu, erməni nazirinin Azərbaycana qəfil səfəri ilk dəfə deyil. İstər müdafiə naziri, istərsə də prezident Serj Sarkisyan tez-tez Qarabağa gəlir.

Bu da Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyinin əyani sübutudur. 

Siyasi ekspertlər isə düşünür ki, erməni rəsmilərinin Dağlıq Qarabağa gəlişinə maneçilik törədilməlidir. Bu, Ermənistana beynəlxalq təzyiqlə həyata keçirilə, ya da gələn rəsminin korteji radarlar vasitəsilə aşkar edilərək sıradan çıxarıla bilər. 

Necə ki, hərbçimizin sayıqlığı nəticəsində Azərbaycan səngərinin on addımlığında uçan erməni helokopteri məhv edilmişdi. Bu ənənə quru yolla Ermənistandan Dağlıq Qarabağa gələn maşınlara da şamil edilməlidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam