Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Ukraynaya gedənlərə xəbərdarlıq edib

 

“2018-ci ilin əvvəlindən bugünə qədər Ukraynada 18.1 min adam qızılca xəstəliyinə tutulub ki, bunların da 11.8 mini uşaqlardır. Xəstəlik nəticəsində 9 nəfər həyatını itirib.” 
Bu məlumatla Rusiyanın Səhiyyə Nazirliyi çıxış edib

Yenixeber.org:  Nazirlik xəstəliyin daha çox Lvov, İvano-Frankovsk, Zakarpatye və Odessa vilayətlərində yayıldığını bildirib. Xəstəliyin epidemiya şəkli almasına səbəb kimi isə ölkədə peyvəndlərin və digər profilaktik tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməməsi göstərilir. Rusiya Səhiyyə Nazirliyi iddia edir ki, peyvəndlərin vaxtında edilməməsinə səbəb bu ilin fevralında Rusiyada istehsal olunan vaksinlərə Ukrayna hökuməti tərəfindən qadağa qoyulmasıdır. Belə ki, həmin qadağadan sonra bir çox yoluxucu xəstəliklərin peyvəndilə bağlı vaksin qıtlığı yaranıb. Nazirlik xəbərdarlığında Rusiya vətəndaşlarına qonşu ölkəyə getməzdən əvvəl peyvənd olunmağı məsləhət görüb.
Xatırladaq ki, yay mövsümündə Azərbaycandan da Ukraynaya gedənlərin sayı xeyli çoxalır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam