Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarabağın həllindən utanaraq yayınırıq”

 

 

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin postsovet məkanında mövcud ciddi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırış edib. 
"Xeberinfo.com":    Məlumata görə, Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında çıxış edən A.Lukaşenko deyib ki, MDB əsas problemlərin həlli istiqamətində müvafiq addımlar atmalıdır: “ Problemin həlli kimdən aslıdırsa onunla danışıqlar aparılmalıdır. Yoxsa əməkdaşlığımızın sonu olar.”

O, qeyd edib ki, Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri həll etməklə təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq:

“Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə “güclü day-day” gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək. Hazırda postsovet məkanında müzakirələr yolu ilə problemlərin həlli üçün dərin və münbit şərait yaranıb”.

 

azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam