Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın milli təhlükəsizlik agentliyi Fransa prezidentlərinin telefon danışıqlarını dinləyib

 

İyunun 24-də Fransada milli təhlükəsizlik və müdafiə şurasının iclası keçiriləcək. İclasda Fransa prezidentlərinin telefon danışıqlarının ABŞ-ın milli təhlükəsizlik agentliyi (MTA) tərəfindən gizli şəkildə dinlənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

"Xeberinfo.com":  AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, şuranın iclası Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə çağırılıb.

Qalmaqal “Liberation” qəzetinin “Wikileaks” saytının əldə etdiyi MTA sənədlərinə istinadla agentliyin 2006-2012-ci illərdə Fransanın üç prezidenti - Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyi barədə məqaləsindən sonra başlayıb.

Bundan başqa sənədlərə əsasən nazirlərin, digər yüksək vəzifəli məmurların, deputatların və diplomatların da danışıqlarına gizli şəkildə qulaq asılırmış.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam