Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qardaşlar Mebel” necə milyonluq tenderlərin qalibi olur?

media-37

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu invertarların satın alınması ilə bağlı tenderə yekun vurub

Yenixeber.org: Tenderin qalibi “Qardaşlar Mebel” QSC seçilib.

İnstitut sözügedən şirkətdən 52 545,4 AZN-lik invertar alacaq. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 4 856 AZN azdır.

İnvertarlara müxtəlif rəflər, çalışma masası, yan masa, İSO dəri, İSO parça, toplantı masası və kreslo daxildir.

Açıq mənbələrdə qeyd olunan məlumata görə, “Qardaşlar Mebel” şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100 faizlik səhm paketi ilə Mirəzyev Əli Məmməd oğludur. QSC-nin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir.

Nizamnamə kapitalı 3 050 manat olan şirkətin hüquqi ünvanı kimi Binəqədi rayonu, Biləcəri Yeni Yaşayış Massivi, ev 37 göstərilir.

Mediada gedən məlumatlara görə, 2018-ci Əli Mirzəyev barəsində cinayət işi açılıb. İş adamı dələduzluqda ittiham olunub. Bu məlumatın təkzib edilməsinə dair heç bir qeydə rast gəlinmir. İşin nəticəsi haqqında da açıq mənbələrdə məlumat yoxdur.

Media həmçinin yazır ki, Əli Mirzəyev “Nömrə -1” Tədris Mərkəzi, “Tarqovı”da yerləşən “Coffeaphore” kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mebel fabrikinin sahibidir.

“Qardaşlar Mebel” QSC 2025-ci ilin 9 ayı ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi 14 tenderin qalibi olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 746 241,59 AZN-dir.

Azərbaycanda başqa mebel şirkətləri də var. Lakin nədənsə satınalma müsabiqələrində əsasən “Qardaşlar Mebel” qalib elan edilir. Bunun sirri hələ ki, çözülməyib.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam