Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Bakı Apellyasiya Məhkəməsində SAXTA DİPLOMLU HAKİM... -yolu üzü Ali Məhkəməyədir...

Son dövrlərdə adı diplom məsələsi ilə gündəmə gələn hakim Xəyalə Cəmilova karyerasında sürətli irəliləyiş göstərir.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatlara görə, hazırda Bakı Apellyasiya Məhkəməsi-nin hakimi olan X.Cəmilovanın növbəti təyinatı Ali Məhkəməyə ola bilər.

X.Cəmilova 2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi-ndən Bakı Apellyasiya Məhkəməsinə təyin olunub. Lakin onun adı mediada diplom məsələsi ilə də hallanıb. Belə ki, məlumatlara görə, X.Cəmilova “YUJDAQ” İnstitutunu bitirib və həmin institutun diplomları Azərbaycan Respublikasında rəsmi olaraq tanınmır.

2021-ci ildə Təhsil Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında, xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları ölkə daxilində tanınmayıb. Siyahıda “YUJDAQ” İnstitutu da yer alır.

Bu kontekstdə X.Cəmilovanın məhkəmə sistemində, xüsusilə Ali Məhkəmədə işləməsi bir sıra ictimai suallar doğurur. Bir tərəfdən, hakimlərin təcrübəsi və peşəkarlığı önəmli amildir, digər tərəfdən isə təhsil sənədlərinin qanuni statusu və məhkəmə etikasının təminatı məsələləri ictimai maraq doğuran nüanslardır.

Maraqlıdır ki, X.Cəmilovanın karyerası həm sürətli, həm də mübahisəli bir trayektoriya üzrə davam edir. Bu isə hüquq sistemində şəffaflıq və kriteriyalara uyğunluq məsələlərinə dair ictimai diskussiyaları təzələyir. Hər halda, biz açıq mənbələrdə xanım hakimin avtobioqrafiyasını tapa bilmədik. Ümid edirik ki, Ali Məhkəmənin sədri, hörmətli İnam Kərimov bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyacaq.(Afn.az)

Yazıda adları çəkilən hər kəsin mövqeyini verməyə hazırıq. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam