Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR

media-26

Bakının müxtəlif ərazilərində qanunsuz tikintilərin sayı durmadan artır. Xüsusilə Nizami rayonu bu baxımdan ön sıralarda yer alır.

Yenixeber.org: Son günlərdə Nizami rayonunun Elşən Süleymanov küçəsində iki ayrı obyektin qanunsuz şəkildə inşa edildiyi müşahidə olunub. Yerli sakinlərin sözlərinə görə, bu tikintilər müvafiq icazə və sənədlər olmadan aparılır.

Maraqlıdır ki, bu proseslər Nizami rayonuna yeni icra başçısı təyin olunan Coşqun Cəfərovun fəaliyyətə başlamasından sonra daha da sürətlənib. Xatırladaq ki, Coşqun Cəfərov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı kimi tanınır.

Sakinlər və mütəxəssislər narahatlıq ifadə edərək qeyd edirlər ki, qanunsuz tikintilər həm şəhərsalma qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlar səssiz qalır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Nizami rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.(tribunainfo.az)

media-22media-23media-24media-25



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam