Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Yenixeber.org: “Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.

Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.

Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus “Gyunel Limited” şirkətinin zərəri isə daha çox – 6 milyon 185 min 751 funt-sterlinq (13,6 milyon manat) olub. 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.(yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam