Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir? -İLGİNC

   FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.
Yenixeber.org: Bununla bağlı redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Cəbrayıl Xanlarovun vəzifədən getməsini ən çox istəyənlərdən biri məhz rəisin ən yaxın adamı kimi tanınan, müavini Asiman Hüseynovdur.
Belə ki, Asiman Hüseynovun müxtəlif kanallar vasitəsilə nazirə çıxış tapdığı və Cəbrayıl Xanlarov vəzifəsindən etməyə hazırlaşdığı deyilir.

Məlumata görə Asiman Hüseynov özünü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsinə daha çox layiq görür.
Qeyd edək ki, Asiman Hüseynovun adı ölkə mətbuatına yad isim deyil. Belə ki, Asiman Hüseynovun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifəyə keçdikdən sonra yüksək sürətlə varlandığı iddia edilir. Asiman Hüseynovun qardaşları ilə birlikdə müxtəlif rayonlarda çoxlu sayda torpaq sahələri və obyektlərinin olduğu bildirilir.
Həmçinin mətbuatda gedən yazılarda Asiman Hüseynov sahibkarlardan külli miqdarda pul yığdığı iddia olunur.(xalq.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam