Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AzerGold” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təqaüd elan edib

 

 “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədi ilə xüsusi təqaüd proqramı elan edib


Yenixeber.org: Şirkətdən  verilən məlumata görə, təqaüdlər AXC dövrü tarixinin müxtəlif mərhələlərini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Təqaüd proqramının şərtlərinə əsasən, tədqiqatçılar 4 ay ərzində orijinal mənbələrə əsaslanan və daha öncə heç bir mətbuat orqanında dərc edilməmiş araşdırmaları Korporativ Sosial Məsuliyyət Komitəsinə təqdim etməlidir. İştirakçıların seçimi, həmçinin tamamlanmış araşdırmaların yekun qiymətləndirilməsi akademik sahənin tarixşünaslıq üzrə nüfuzlu nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Bildirilib ki, proqramın təsis edilməsində əsas məqsəd respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə verməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam