Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

İsraillə aparılan danışıqlar zəiflik əlaməti və ya güzəşt demək deyil, əksinə bu, müharibənin sona çatdırılmasına yönəlib.

Yenixeberorg.com xəbər verir ki, bu bəyanatı Livan Prezidenti Cozef Aun Cezzine bölgəsini təmsil edən deputatlar və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Livan Prezidentinin sözlərinə görə, danışıqlarda iştirak etmək qərarı hücumların dayandırılması, İsrail qoşunlarının geri çəkilməsi və əsirlərin qaytarılması şərti ilə uzun onilliklər davam edən müharibə, ölüm və dağıntılardan sonra sülhə nail olmaq məqsədi daşıyır.

O, həmçinin Livan vətəndaşlarını bu prosesdə hökumətin yanında olmağa çağırıb.

Prezident qeyd edib ki, Hizbullah və onun tərəfdarları tərəfindən səsləndirilən etirazlara və narahatlıqlara baxmayaraq, ölkənin maraqları naminə birlik nümayiş etdirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam